Braziliyada təyyarə binalara çırpılıb, ölənlər var

23-12-2024, 10:24           
Braziliyada təyyarə binalara çırpılıb, ölənlər var
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında yerləşən Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Eduardo Leyti bildirib.

İlkin məlumata görə, təyyarədə olan 10 sərnişindən heç kim sağ qalmayıb. “G1” portalı qeyd edib ki, təyyarə Braziliyanın cənub-şərqindəki San-Paulu ştatına uçurmuş.

Belə ki, təyyarə mebel mağazası və otellərin yerləşdiyi binalara çırpılıb. Qəzadan sonra yanğın baş verib.

Hoteldə qalan 15 nəfər xəstəxanaya aparılıb. Təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub, lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru