İsrail ordusu bir neçə km irəlilədi: Xamenei çağırış etdi

23-12-2024, 09:46           
İsrail ordusu bir neçə km irəlilədi: Xamenei çağırış etdi
Suriyalılar İsrail ordusunun ölkələrinə hücumunu dayandıracaq və İsrail hərbçilərini ərazilərindən çıxaracaqlar.

Teleqraf.com xəbər vereir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

Xamenei israilli əsgərlərə səslənərək deyib: “Suriyada siz heç bir maneə ilə üzləşmədiniz, heç bir silahlı əsgər sizin yolunuzu kəsmədi, siz tankların və hərbi texnikanın köməyi ilə bir neçə kilometr irəlilədiniz. Suriyalı gənclər, şübhəsiz ki, sizi oradan qovacaqlar”, – Xamneyinin mətbuat xidməti onun sözlərindən sitat gətirir.

Xatırladaq ki, dekabrın 8-də İsrail hərbçiləri müqavimətlə qarşılaşmadan Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfini nəzarətə götürüblər. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun dediyi kimi, 1974-cü ildə Suriya ilə qüvvələrin bölüşdürülməsi haqqında imzalanmış saziş Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya qoşunları ərazini tərk etdiyi üçün qüvvədən düşüb. Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçiblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olaraq, Bəşər Əsədi vəzifədən deviriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru