Tortu soyuducuda neçə gün saxlamaq olar?

25-12-2024, 10:58           
Tortu soyuducuda neçə gün saxlamaq olar?
Tortun soyuducuda saxlanma müddəti onun tərkibindən və hazırlanma üsulundan asılıdır. Foodinfo.az xəbər verir ki, kremli və ya süd məhsulları ilə hazırlanan tortlar soyuducuda 2-3 gün ərzində təravətini qoruyur. Tərkibində şokolad olan tortlar isə 3-4 gün saxlanıla bilər. Meyvəli tortlar qısa müddətdə, adətən 1-2 gün ərzində istehlak edilməlidir, çünki meyvələr tez xarab olur. Tortu saxlamaq üçün onu hava keçirməyən qabda və ya streçlə yaxşıca örtmək vacibdir ki, soyuducunun qoxularını çəkməsin və qurumasın.Əgər tort daha uzun müddət saxlanılmalıdırsa, onu dilimləyib dondurmaq mümkündür. Bu zaman dondurulmuş tort 1 aya qədər təravətini saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru