Qocalar evində yanğın - 15 nəfər yaralandı

26-12-2024, 12:33           
Qocalar evində yanğın -
Münxendə qocalar evində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb. Modern.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, şəhərin mərkəzindəki tarixi binada yerləşən qocalar evində baş verən hadisə zamanı 60 nəfər təxliyə edilib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 120-dək yanğınsöndürən cəlb olunub, əraziyə giriş məhdudlaşdırılıb.

Təxliyə olunan sakinlər başqa yerlərə köçürülüb. Xəsarət alanların vəziyyətinin ağır olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru