Rusiyalıların olduğu təyyarənin pilotları səmada UNO görüblər

27-12-2024, 10:24           
Rusiyalıların olduğu təyyarənin pilotları səmada UNO görüblər
İstanbuldan Moskvaya uçan "Boeing"in pilotları qeyri-adi görüntü ilə rastlaşıblar.
Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsinin pilotları səmada naməlum uçan obyektləri (UNO) görüblər.
Bu barədə "Aviaincident" "Telegram" kanalı qeyd edib.
Dekabrın 21-də İstanbuldan Moskvaya uçan "Boeing 737-800" təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Təyyarənin Mineralnıye Vodı üzərində uçuşu zamanı ekipaj birbaşa laynerin marşrutu boyunca işıqlar şəklində iki obyektin müşahidə edildiyini bildirib.
Uçuş təhlükəsizliyinə heç bir təhlükənin olmadığı qeyd edilir. Təyyarə komandiri təyinat hava limanına uçmağa qərar verib. Paytaxtın Şeremetyevo hava limanına eniş uğurlu olub.
Xatırladaq ki, bu yaxınlarda Rusiya aviaşirkətinin təyyarəsinin pilotları uçuş zamanı səmada naməlum obyektləri müşahidə ediblər. Hadisə dekabrın 18-də İstanbuldan Moskvaya uçan "Boeing 737-800" təyyarəsində baş verib. Ekipaj, laynerin sağ tərəfində 1,1 min metr yüksəklikdə tünd rəngli topları müşahidə etdiyi barədə məlumat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.