İtini -32 dərəcə temperaturda iki sutka çöldə saxladı
30-12-2024, 09:34
Rusiyada ev sahibi itini -32°C temperaturda iki sutka boyunca eyvanda saxlayıb. Bakupost.az xəbər verir ki, səs-küyü ətrafa yayılan haskini bu vəziyyətdən xilasetmə işçiləri qurtarıblar. Onlar avtonərdivan vasitəsilə heyvanı eyvandan endiriblər. Daha sonra it qonşuların yanında isinib.