Daha bir fəlakət yaşanacaqdı – Təyyarə qəzasının qarşısı son anda belə alındı + VİDEO
31-12-2024, 08:13
ABŞ-nin Los-Anceles Beynəlxalq Hava Limanında “Delta Airlines”ə məxsus sərnişin təyyarəsi havaya qalxmağa hazırlaşarkən Gonzaga Universitetinin basketbol komandasını daşıyan “Key Lime Air” şirkətinə məxsus özəl bir təyyarənin uçuş-enmə zolağına daxil olub.
Baş verə biləcək mümkün fəlakətin qarşısı son anda alınıb.
Belə ki, qüllə özəl təyyarənin hərəkətəni əvvəlcədən müəyyən edərək hadisəyə müdaxilə edib.
Təyyarənin pilotu ilə əlaqə saxlayan qüllə ardıcıl “dayan” əmrləri verərək bunun kritik xəbərdarlıq olduğunu deyib və beləcə qəzanın qarşısını son anda alıb.
Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı araşdırmalara başlayıb. МШВУЩ AzPolitika.info