Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

31-12-2024, 11:13           
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərildiyi, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rusların əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru