Ukrayna hərbçiləri Yeni il öncəsi dünya hərb tarixində daha bir ilkə imza atdı...-VİDEO

31-12-2024, 15:06           
Ukrayna hərbçiləri Yeni il öncəsi dünya hərb tarixində daha bir ilkə imza atdı...-VİDEO
Dünyada ilk dəfə olaraq Ukrayna Baş Kəşfiyyat İdarəsinin əsgərləri "Magura V5" dəniz pilotsuz uçan aparatı ilə düşmən helikopterini məhv ediblər.

Dünyada ilk dəfə olaraq “Magura V5” dəniz pilotsuz uçan aparatı vasitəsilə hava hədəfi məhv edilib – Rusiyaya məxsus "Mi-8" helikopteri Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin hərbçiləri tərəfindən məhv edilib.

Moderator.az bu haqda "UNİAN"-a istinadla xəbər verir.

“31 dekabr 2024-cü il tarixində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin “Qrup 13” xüsusi təyinatlılarının əsgərləri tarixdə ilk dəfə raket silahları ilə təchiz edilmiş “Magura V5” dəniz PUA-sı ilə hava hədəfini vurdular", - deyə kəşfiyyatçıların bəyanatında deyilir.

Konkret olaraq müvəqqəti işğal olunmuş Krımın Tarxankut burnu yaxınlığında Qara dənizdə gedən döyüş zamanı Rusiyaya məxsus "Mi-8" helikopteri "R-73- SeeDragon" raketlərinin istifadəsi nəticəsində məhv edilib.

Bildirilir ki, düşmənin oxşar helikopteri də atəşə tutulub və öz aerodromuna çata bilib.

Ukrayna BKİ-nin son əməliyyatları haqda:

"UNİAN"-ın məlumatına görə, Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Müdafiə Nazirliyinin Hərbi Baş Kəşfiyyat İdarəsi və "Tavriya" briqadası işğalçılarla birlikdə qərargahı darmadağın edib. Obyekt raketlə vurulub. Nəticədə rus işğalçılarının qərargahı dağıdılıb, 6 işğalçı məhv edilib, daha 3-ü isə ağır yaralanıb.

Baş Kəşfiyyat İdarəsi Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində işğalçıların texnikasının məhv edilməsindən də danışıb. Belə ki, Rusiya işğalçılarının istifadə etdiyi qeyri-qanuni “Feniks” rabitə operatorunun telekommunikasiya avadanlığı olan 4 obyekti məhv edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.