MTN generalları üzləşdirildi - Akif Çovdarov Teymur Quliyevin işi üzrə dindirilib

7-10-2016, 18:22           
MTN generalları üzləşdirildi - Akif Çovdarov Teymur Quliyevin işi üzrə dindirilib
Bir sıra ağır cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılan MTN-nin sabiq Baş İdarə rəisi “Qanlı General” Akif Çovdarov yenidən istintaqda dindirilib. Bu barədə Gununsesi.info-nu hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandırıb. Məlumata görə, Akif Çovdarov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə istintaq İdarəsində hazırda istintaqı gedən MTN-nin digər yüksək vəzifəli şəxslərinin işi üzrədindirilib. Dindirilmə prosesində hazırda həbsdə olan MTN Monitorinq Mərkəzinin rəisi vəzifəsinə çalışmış Teymur Quliyev də iştirak edib.
Prosesdə onlar arasında üzləşdirmə də olduğu bildirilir.
Xatırladaq ki, Teymur Quliyevin həbsinin əsas səbəblərindən biri yüksək vəzifəli şəxslərin telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru