Nardaranda silah-sursat tapıldı – POLİS ƏMƏLİYYATI

8-10-2016, 13:48           
Nardaranda silah-sursat tapıldı – POLİS ƏMƏLİYYATI
Polislər Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

A24.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) açıqlana məlumata görə, sözügedən əməliyyat Nardaran sakinlərinin qəsəbədə yaşayan bəzi şəxslərdə odlu silahın saxlanıldığına dair siqnal əsasında aparrılıb. Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətdiyi müəyyən edilib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ. Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. Bildirilir ki, mövcud qanunvericiliyə əsasən,

könüllü olaraq polisə təqdim edilən silaha görə vətəndaşın məsuliyyətə cəlb edilmir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.