"Azərsun" gəlirlərini Azərbaycan xalqı ilə paylaşmaq istəyir

8-10-2016, 14:48           

“Azərsun Holdinq” İmişli Şəkər Zavodunu açıq səhmdar cəmiyyətinə çevirərək səhmlərinin 30-40%-ni ictimaiyyətə satmağı planlaşdırır.

“Marja”nın məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında "Azərsun Holdinq"in İdarə Heyətinin sədri Abdollbari Goozal bildirib.

“Biz istəyirik yavaş-yavaş İPO-ya keçək. Bizim zavodun səhmlərini alan investor illik 15% qazana bilər. Biz gəlirlərimizi Azərbaycan xalqı ilə paylaşmaq istəyirik. Zavodları yaratmışıq, bu pullları qəbirə də aparmaq olmaz. Pullar üçün dərin qəbir qazdırmaq da bahalıdır. Buna görə gəlirləri xalqa paylamaq lazımdır”, - deyə holdinqin rəhbəri bildirib və sözlərinə belə davam edib:

"Azərsun Holdinq bəzi müəssisələrinin səhmlərinin bir hissəsini investorlara satmağı planlaşdırır. İlk öncə İmişli Şəkər Zavodu İPO olunacaq. Biz bunu hökumətə təklif etmişik. Bəyənilib. İstəyirik vəsait cəlb edib şəkər tozu istehsalına yatıraq. Bizim 130 milyon manata ehtiyacımız var. İmişli Şəkər Zavodunun bazar dəyəri isə 300 milyon manatdır. Zavodun 30-40 faizi birjada əhaliyə və digər investorlara təklif olunacaq".

O qeyd edib ki, "Azərsun"un müəssisələrinin səhmiləri Bakı Fond Birjasında və Londan Fond Birjasında satışa çıxardıla bilər.

"Azərsun" şəkər çuğunduru əkinlərini artıraraq şəkər tozunun xammalında idxaldan xilas olmaq istəyir.

İPO- şirkətin səhmlərinin ilkin kütləvi təklifi deməkdir. Qısası,"Azərsun"un gəlirindən pay almaq üçün şirkətin səhmin almaq tələb olunacaq. Şirkət ildə bir dəfə mənfəətini səhm sahibləri (səhmdarlara) arasında böləcəkdir. Gəlir olmasa səhmdar zərər ilə də hesablaşmalıdır, yəni zavoda qoyduğu pula görə gəlir götürə bilməyəcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.