Şəhid ailələri ədliyyə nazirindən qanpulu istədilər

8-10-2016, 22:25           
Şəhid ailələri ədliyyə nazirindən qanpulu istədilər
Bir qrup şəhid ailəsi yaxını Ədliyyə Nazirliyinin qarşısına toplaşıb

teref.az bildirir ki, moderator.az-a daxil olan məlumata görə, bu şəxslər Qarabağ döyüşlərində şəhid olmuş yaxınlarının qan pulunun verilməsini tələb edirlər. Şəhid yaxınları hazırda ədliyyə naziri ilə görüş tələb edirlər.

Şəhid ailələri bildirib ki, Azərbaycan qanunlarına görə, şəhid ailələrinə 12 min manat qan pulu ödənməlidir. Amma onlar uzun illərdir ki, bu pulu ala bilmirlər.
P.S. Həqiqətən bu ailələrin dediyi qan pulu yəni şəhid və əlillərin sığorta pulu bu gün sığorta şirkəti tərəfindən dondurulub. Hətta AR Ali Məhkəməsinin qərarı belə sığorta şirkəti üçün qanun deyildir.Yüzlərlə əlil və şəhis ailəsi bu gün o sığorta pulunu almaq üçün dəfələrlə bütün instansiyalara müraciət edib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.