Pişik sahibini həm işdən, həm də illik mükafatdan məhrum etdi - Çində məzəli hadisə

21-01-2025, 15:18           
Pişik sahibini həm işdən, həm də illik mükafatdan məhrum etdi - Çində məzəli hadisə
Çində pişik təsadüfən müdirə məktub göndərərək öz sahibini "işdən çıxarıb". Nəticədə, qadın həm işini, həm də illik mükafatını itirib.

Oxu.Az-ın "South China Morning Post"a istinadla məlumatına görə, hadisə Çunqin şəhərində yaşanıb.

Bildirilir ki, şəhərin 25 yaşlı sakini yanvarın əvvəlində işdən çıxmaq barədə məktubun qaralama versiyasını yazıb, lakin doqquz pişiyinin saxlanması üçün pul lazım olduğundan onu göndərməyə cəsarət etməyib.

Lakin ev heyvanlarından biri onun əvəzinə qərar verib: təhlükəsizlik kamerası pişiyin masaya tullanaraq təsadüfən notbukda düyməni basması və məktubu rəhbərə göndərməsi anını qeydə alıb.

Qadın vəziyyəti öz rəhbərinə izah etməyə çalışıb və günahı pişiyinin üzərinə atıb, lakin ona qulaq asmayıblar.

Nəticədə, o, həm işsiz qalıb, həm də bir çox şirkətin bu il yanvarın 29-na keçən gecə başlayacaq Bahar bayramı ərəfəsində ödədiyi mükafatdan məhrum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru