Hakim vəfat etdi - Gəncədə

10-10-2016, 10:19           
Hakim vəfat etdi - Gəncədə
Azərbaycanda məhkəmə hakimi vəfat edib.

Report xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin hakimi 56 yaşlı Zərbəli Zərbəliyev dünyasını dəyişib.

Qeyd edək ki, Z.Zərbəliyev 1960-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, 1989 - 1992-cü illərdə Bakı Şəhəri 26 Bakı komissarı (indi Səbail) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992 - 1993-cü illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankının hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, 1993 - 2000-ci illərdə Respublika Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin mühüm işlər üzrə şöbəsində prokuror, 2000 - 2007-ci ildə 3 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007 - 2011-ci ildə Gəncə Yerli İqtisad Məhkəməsinin sədri, 2011 - 2014-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2014-cü ildən isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru