Bakıda yol polisi sürücünü tutmaq üçün «Mercedes»in şüşəsini sındırdı - VİDEO

11-10-2016, 10:26           

DYP əməkdaşları qapıları və pəncələri bağlayan sürücünü tutmaq üçün bu yola əl atıblar Sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşlarının sürücünü tutmaq üçün onun avtomobilinin şüşələrini sındırmasını əks etdirən video yayılıb. Criminal.az-ın məlumatına görə, Meydan TV-nin yaydığı video qış aylarında Yasamal rayonunda çəkilib.

«Mercedes» markalı, 90 EF 195 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol polislərinə tabe olmadığı üçün DYP əməkdaşları avtomobili süni sıxlıq yaratmaqla saxlaya biliblər. Lakin sürücü maşının qapılarını və şüşələrəi bağlayaraq yol polisinə tabesizlik göstərib. Vəziyyəti belə görən DYP əməkdaşları həm də yolda tıxac yaranmaması üçün «Mercedes»in yan şüşəsini sındırmalı olublar. Yalnız bundan sonra sürücü qapını açaraq maşından düşüb. Yol polisi isə onun qolunu buraraq 99 YP 426 dövlət nömrə nişanlı YPX avtomobilinə mindiriblər.

Sürücünün avtomobilini isə DYP əməkşdaşı idarə edərək cərimə meydançasına aparıb. Yasamal rayonu ərazisində baş vermiş bu hadisəni şişirtməyə çalışmaq doğru deyil. Hər halda, sürücü qapıları bağlayıb maşında oturursa, yol polisi də altına stul qoyub oturub sürücünün öz kefi ilə nə vaxt maşından düşəcəyini gözləməli deyildi. Tabe olmayan sürücüləri başqa ölkələrdə güllə ilə vururlar, ya da boynundan tutub asfaltın üstünə uzadaraq qolunu qandallayıb aparırlar. Bu baxımdan, bu videoda yol polisinin davranışında hansısa hüquq pozuntusu axtarmağa dəyməz…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.