Komitə sədri 200 minlik maşınla hər gün qayda pozur FOTO

11-10-2016, 22:11           
Komitə sədri 200 minlik maşınla hər gün qayda pozur FOTO
Prezident İlham Əliyev “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına “Naz-Lifan” avtomobillərini almağı tövsiyə etmişdi:

“Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Unikal.org bildirir ki, bir çox dövlət məmurları ölkə başçısının bu tövsiyyəsini yüksək qiymətləndirib avtobilllərini “Naz-Lifan”la əvəzlədilər.

Bəzi məmurlar üçün isə bu tövsiyyə sadəcə söz olaraq qaldı. Bu şəxslərdən biri də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Belə ki, komitə sədri yaxın günlərdə özünə 200 min dəyərindən ən son model “Mercedes” markalı avtomobil alıb. Bu maşının qiymətinə N.İbrahimov rəhbərlik etdiyi komitə üçün 9 ədəd “Naz-Lifan” ala bilərdi.

Komitə sədri xidməti avtomobili ilə hər gün Komitənin qarşısında qayda pozur. Belə ki, maşın səkidə park edilir və bu da piyadaların rahat hərəkətinə mane olur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.