Beynəlxalq Bankın sahib olduğu sığorta şirkəti fəaliyyətini dayandırır

12-10-2016, 23:31           

Azərbaycan Beynəlxalq sığorta şirkəti fəaliyyətini dayandırır.

Bu barədə Trend-ə şirkətin təsisçisi və 100% səhmdarı olan Beynəlxalq Bankdan məlumat verilib.

Sığorta şirkətinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar bu gun səhmdarların növbədənkənar iclasında qəbul edilib.

Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, şirkətin bağlanmasına səbəb onun maliyyə göstəricilərinin aşağı olmasıdır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq sığorta şirkəti 32 növ üzrə sığorta xidməti göstərirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru