Prezidentdən nazirlə bağlı ŞOK sərəncam - Son Dəqiqə

14-10-2016, 00:16           

Prezident İlham Əliyev Naxçıvan MR Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vəli Məmiş oğlu Ələsgərovun ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:


1. Vəli Məmiş oğlu Ələsgərov general-leytenant ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenindən, "Hərbi xidmətlərə görə” və "Vətən uğrunda” medallarından məhrum edilsin.


2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru