“AZAL 360 dollardan ötrü dilənçilik edir…” - Millət vəkili əsəbiləşdi

14-10-2016, 13:52           
“AZAL 360 dollardan ötrü dilənçilik edir…” - Millət vəkili əsəbiləşdi
Millət vəkili Çingiz Qənizadə AZAL-la bağlı bu günlərdə yaşadığı biabırçı olayı parlamentdə səsləndirib.

O bildirib ki, bu günlərdə bir günlük İstanbula səfər edib: "Qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti də əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer boş idi. Mənə dedilər ki, ön sırada əyləşmək üçün əlavə 30 dollar ödənilməlidir. Çıxış yerlərində əlavə yerlər üçün və geniş yerlərdə bu məbləğ sərnişinlərdən alınır. Bu biabırçılıqdır. Hətta mən xarici vətəndaş olsam, bir də AZAL-la uçmaram. Türkiyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi. Axı mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni sonradan 30 dollar əlavə ödəməliyəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.