Binəqədi DYP-nin rəisi qanunları saymır

15-10-2016, 00:43           
Binəqədi DYP-nin rəisi qanunları saymır
Tanınmış vəkil Bəhruz Bayramov yol polisi əməkdaşlarının qanunsuz əməllərindən DİN-ə şikayət edəcəyini bildirib. Vəkil bu haqda özünün facebook səhifəsində yazır:

“Bu gün axşam saatlarında yaxın qohmumun avtomobilində Azadlıq prospektilə Rəsulzadə qəsəbəsinə doğru hərəkət edirdik. Yolda yaranmış tıxac avtomobillərin hərəkətini mümkünsüz etmişdi. Sürücü qoşa xəttin tələbini pozaraq, başqa yola keçməyə çalışdı. Bu zaman bizə yaxınlaşan YPX əməkdaşı törədilmiş inzibati xətaya görə protokol tətbiq eləmək əvəzinə avtomobili zorla cərimə meydançasına apardı. Təsəvvür edin, avtomobildə olan körpə uşaqlar və qadınlar düşüb, taksilə getməli oldular. Bu dərəbəyliyin səbəbini öyrənməyə çalışdım. Mənə bildirdilər ki, Binəqədi DYP-yə Vüqar adlı bir rəis gəlib, onun tapşırığıdır. Rəisin kimin qohumu olduğunu bilməsəm də, onun bu əməli ilə bağlı DİN-ə müraciət edəcəm. Əgər ortada inzibati xəta varsa, qanunverciliyin tələbinə uyğun addım atılsın. İnsanları incitmək, əlavə əziyyətə salmaq nəyə lazımdır? Bu şəxslər xalqa xidmət etmək üçün vəzifəyə təyin olunur. Ərköyün bir rəisin şıltaqlığı insanlara əlavə əsəb verir”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.