Bir evakuator iki maşını necə aparır? — VİDEO

15-10-2016, 09:17           

Gəncədə bir evakuator iki avtomobil daşıyıb. İki “Oka” markalı avtomobili evakuatorun yedəyinə alan sürücü heç bir təhlükəsizlik qaydasına əməl etməyərək hərəkət edib.

Hətta avtomobillərdən biri evakuatora bərkidilsə də digəri bağlanmayıb.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud pozub.

Ekspert bu qayda pozuntusuna görə sürücünün 40 manat cərimə oluna biləcəyini qeyd edib.

teref.az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru