Göyçayda əhali yolu bağladı - Yeni DYP rəisinə etiraz

15-10-2016, 23:38           
Göyçayda əhali yolu bağladı - Yeni DYP rəisinə etiraz
Göyçayda əhali rayonun mərkəzi yolunu bağlayıb. teref.az xəbər verir ki, rayondan istiqlal.az-a daxil olan məlumata görə əhalinin narazılığına səbəb olan rayon Yol Polis Şöbəsinə yeni təyin olunmuş Vüqar adlı rəisin hərəkətləridir.

Yol polisinin rəisi sürücülərin hər xırda xətasını böyük bir cinayət kimi təqdim etməklə maşınlarını cərimə meydançasına apartdırır, sonradan 500-800 manat müqabilində maşınları özlərinə qaytarır. 3 gün əvvəl bu vəzifəyə təyin olunan yol polisi rəisinin bu fəaliyyəti elə belə də ağır sosial şərtlərlə üz-üzə qalan əhalinin ayağa qalxıb Bakıdan rayona uzanan əsas magistral yolun bloklamaları ilə nəticələnib.

Əhali yerli icra hakimiyyətndən yol polisi rəisi ilə bağlı tədbir görülməsini tələb edir. Az əvvəl əraziyə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəlib. Başçı bildirib ki, əhalini haqlı narazılığı ilə bağlı DİN rəhbərliyinə müraciət edəcək və əhalidən dağılışmalaırını tələb edib. Əhali dağılışsa da, yolun 1 saata yaxın bağlanması nəticəsində yaranan tıxac mağistralın hələ də bağlı qalmasına səbəb olub. Ərazidən foto və videomaterialları da təqdim etməyə çalşacağıq.
teref.az- nun Göycaydan aldığı məlumata görə yerli sakinlərdən biri, pensiyada olan keçmiş polis zabiti DYP rəisindən bu biabırçılığa son qoymağı tələb edib.Lakin rəsini ağır cavabı onlar arasında mübahisəyə səbəb olub. Yerli mınbənin verdiyi xəbərə görə keçmiş polis işçisini həbs etm\k istəsələrdə aksiyaçılar buna imkan verməyib. Bunu teref.az-ya Göyçay sakinləri xəbər veriblər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.