ABŞ Mosulu İŞİD-dən təmizləməyə başladı

16-10-2016, 13:17           
ABŞ Mosulu İŞİD-dən təmizləməyə başladı
İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıblar.

Bu barədə “Sputnik” agentliyinə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib.

O da bildirilir ki, Türkiyə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etmirlər.

Bundan əvvəl İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb.

APA-nın verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır.

Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilib.

Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru