Lənkəranda oğul atasını və qardaşını bıçaqlayıb – FOTO

16-10-2016, 22:32           

Qardaşını bıçaqladığını etiraf edən Samir Heydərlini saxlayaraq istintaqa təhvil veriblər.

Ailə münaqişəsi zəminində Heydərli Samir Müdəris oğlu 80 yaşlı atasını və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib.

Hadisə Lənkəran şəhəri Axundzadə 25 ünvanında baş verib.

İlkin məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Mahir Heydərli boyun və bel nahiyyəsindən kəsilmiş-deşilmiş yara aldığından çoxlu qan itirib. O, cərrahiyyə əməliyyatına götürülüb. Hazırda əməliyyat davam edir. Boyun və boğaz nahiyələrində kəsimiş yaraları olan ata rayon prokurorluğuna gedərkən yolda halı pisləşdiyindən onu da xəstəxanaya çatdırıblar. Ancaq ilkin müayinədən sonra ambulator yardım göstərilib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları atasını və qardaşını bıçaqladığını etiraf edən Samir Heydərlini saxlayaraq istintaqa təhvil veriblər. Hadisə yerində bıçaq maddi-sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır. Heydərli Samir Müdəris oğlu psixi pozğunluğu olduğu da bildirilib./report















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru