“Təfəkkür” Universitetinin rektoru istefa verdi

17-10-2016, 19:56           
“Təfəkkür” Universitetinin rektoru istefa verdi
Oktyabrın 17-də “Təfəkkür” Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb. O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev buna görə təsisçiyə minnətdarlığını bildirib.

DİA.AZ xəbər verir ki, M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O çıxışında universitetin yaranmasında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib.

Tədbirdə çıxış edənlər universitetin inkişafı üçün göstərdiyi qayğıya görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə və ali məktəbin rəhbərliyinə minnətdarlığını bildiriblər, professor Müşfiq Atakişiyevə isə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.
P.S. teref.az-nun əldə etdiyi məlumata görə uzun müddət rektorluq kreslosu uğrunda apardığı mübarizəni qələbə ilə başa vuran tədris işləri üzrə prorektor R.Hüseynov bu gün rektor kürsüsünə baş namizəddir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.