Göyçayda polis qanunsuzluğuna etiraz olaraq keçirilən aksiyaya görə sahibkar Çingiz Mayılovu həbs etdilər

18-10-2016, 00:33           

Göyçay rayonunda Yol Polisi şöbəsinin rəisinin qanunsuz əməllərinə etiraz etdiyi üçün iş adamı həbs edilib.

teref.az yazır ki, bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev sosial mediada xəbər verib.

“Bir neçə gün öncə Göyçay rayon Yol Polis şöbəsinin rəisinin qanunsuz hərəkətlərinə etiraz edən 500- dən çox yerli sakin dinc etiraz aksiyası keçirmişdi. Əlaqədar qurumlar şikayəti araşdırıb lazımi ölçü götürmək əvəzinə sərbəst toplaşmaq hüququndan istifadə edən insanlara qarşı təzyiqlərə başlayıb. Az öncə aldığımız məlumata görə Göyçay sakini, yerli iş adamı Mayılov Çingiz Sabir oğlu həbs edilib. Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir”.

Mediada gedən xəbərlərə görə iş adamı Çingiz Mayılov özü, həyat yoldaşı və iki övladı Yeni Azərbaycan Partiyasının üzvüləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru