Zambiyada gəmi qəzası: Azı 13 nəfər həlak oldu

26-03-2025, 11:07           
Zambiyada gəmi qəzası: Azı 13 nəfər həlak oldu
Zambiyada çayda baş verən gəmi qəzası nəticəsində ən azı 13 nəfər boğulub, 6 nəfər isə xilas edilib.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə ölkənin şimalında Luapula əyalətində baş verib. Luena çayında güclü axın səbəbi ilə gəmi aşıb.

Qəzaya uğrayan gəmidə Kavambva rayonundakı şəkər qamışı plantasiyasında işləmək üçün gedən kənd təsərrüfatı işçiləri olublar.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru