Polşa polisi: Ölkənin şimal-qərbində naməlum siqaraya bənzər obyekt qəzaya uğrayıb

28-03-2025, 16:45           
Polşa polisi: Ölkənin şimal-qərbində naməlum siqaraya bənzər obyekt qəzaya uğrayıb
Polşanın şimal-qərbində naməlum siqaraya bənzər obyekt düşüb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polisin rəsmi nümayəndəsi Anna Matis açıqlama verib.

"Qərbi Pomeraniya Voyevodalığının Borno Sulinovo şəhərində naməlum obyekt düşüb. Polis hadisə yerini mühasirəyə alıb, yerli sakinlər üçün heç bir təhlükə yoxdur", - deyə Matis bildirib.

O, əlavə edib ki, hazırda polis düşən obyektdə heç bir pirotexniki vasitələrin olmadığını əminliklə deyə bilər. Matis onu da qeyd edib ki, polis obyektin düşdüyü yerin ətrafını mühasirəyə alıb, həmçinin obyektin mənşəyini, habelə onun necə dü.düyünü müəyyən etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru