Baş redaktora 3 maddə üzrə ittiham irəli sürüldü

20-10-2016, 00:47           

İyulun 3-də saxlanılan JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğluna qarşı yeni maddələrlə ittiham irəli sürülüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, F.Fərəməzoğlu müəyyən obyeklərin əxlaqsızlıq yuvası olması barədə məlumatlar yaymaqda və obyekt sahiblərindən şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir. F.Fərəməzoğlu isə ittihamı qəbul etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru