Günəşdə güclü alışma

29-03-2025, 11:24           
Günəşdə güclü alışma
Martın 28-də Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib.

TEREF TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.