Moskvada etnik ədavəti qızışdırmaqda şübhəli bilinən şəxs azərbaycanlı imiş? - TƏFƏRRÜAT

29-03-2025, 11:38           
Moskvada etnik ədavəti qızışdırmaqda şübhəli bilinən şəxs azərbaycanlı imiş? - TƏFƏRRÜAT
Dünən Moskvada internetdə canlı yayım vasitısilə etnik ədavəti qızışdırmaqda təqsirli bilinən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Həmin şəxs internet platformalarından birində canlı yayıma çıxıb və milli mənsubiyyət zəminində nifaq salmağa yönəlmiş çağırışlar etməyə başlayıb.

Bundan hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər tutub və hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.

Sosial şəbəkələrdə həmin şəxsin içkili olması qeyd edilir. Bəzi məlumatlara görə, bu, milliyyətcə azərbaycanlı olan Cəmşid Çingiz oğlu Mansırxanovdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru