Bu gün mərhum Rövşən Cavadovun 65 yaşı tamam oldu
20-10-2016, 21:50
Cavadov Rövşən Bəxtiyar oğlu 19 oktyabr 1951-ci ildə Laçın rayonunda anadan olub.
1987-ci ildə Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyinə görə SSRİ Daxili İşlər Nazirliyi Xankəndidə xüsusi qrup təşkil etdi. Kapitan Rövşən Cavadov əməliyyat işçisi kimi iştirak etmək üçün qrupa dəvət olundu. Qrupun vəzifəsi Dağlıq Qarabağ ərazisində qanunun aliliyi, ictimai asayişin və daxili təhlükəsizliyin təmin olunması, aparıcı anti-sovet təbliğatının, millətlərarası ədavətin qızışdırılmasının müəyyən edilməsi və zərərsizləşdirilməsi idi.
1989-cu ilin yanvarında Dağlıq Qarabağın Həsənabad kəndində Rövşən Cavadovun rəhbərlik etdiyi əməliyyat dəstəsi Xankəndi polis əməkdaşları ilə cinayətkarlar arasındakı qarşıdurmada həbslərə başlamaq məcburiyyətində qaldı. SSRİ DİN xüsusi təyinatlı qrupunun rəhbərliyi Rövşəni hakimiyyətdən sui-istifadə etməkdə mühakimə edirdi.
1989-cu ilin noyabrında SSRİ-də Kapitan Cavadovun cinayət işi ləğv edildi, və yenidən daxili işlər nazirliyinə bərpa olunur və Laçın RPŞ-nin post-partul xidmətinin komandiri təyin edildi. Bu vəzifədə Cavadov 1992-ci ilə qədər - növbəti mayor rütbəsini alana qədər çalışdı.
1992-ci ildə XTPD-nin komandiri Mayor Rövşən Cavadov təyin edilir. XTPD Rövşən Cavadovun komandirliyi altında bir çox uğurlu əməliyyatlara imza atdı. Rövşən Cavadova vaxtından əvvəl Polkovnik rütbəsi verilir. Polkovnik Rövşən Cavadov Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini təyin olunur.
1992-ci ilin dekabrında Rövşən Cavadov Əfqanıstanın Baş Naziri Qulbəttin Hikmətiyarla görüşür və bu görüşün nəticəsi olaraq Qarabağ müharibəsində Azərbaycan Respublikasına yardım üçün 1993-cü ilin yazında 1000 nəfərdən çox Əfqan döyüşçüsünün Azərbaycana göndərilməsi idi. Bütün bu əməliyyatların maliyyələşdirilməsinin bir qismi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, bir qismi tanınmış şəxslərin vəsaiti, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Naziri İsgəndər Həmidov, Mahir Cavadov və şübhəsiz Rövşən Cavadovun şəxsi vəsaiti hesabına həyata keçirilirdi.
17 mart 1995 -ci ildə Bakı şəhərində aldığı yaralardan həlak olub.
Tanrı ona rəhmət eləsin!!