“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın təfərrüatı

20-10-2016, 22:05           
“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın təfərrüatı
Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir...Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir.

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

***

Lent.az-ın məlumatına görə, Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alanlar 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib: “Hazırda üçünün də vəziyyəti ağırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru