Havada ikən açılan qapıdan tullanaraq xilas oldular - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Dünən, 16:58           
Havada ikən açılan qapıdan tullanaraq xilas oldular - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ
Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Barlı kəndi ərazisində baş verən hadisəyə səbəb nəqliyyat vasitələrindən birinin sürət həddini aşması olub.

Hadisə şahidlərinin sözlərinə görə, Quba-Xaçmaz istiqamətində hərəkət edən VAZ-2115 markalı avtomobil yüksək sürət ilə hərəkət edərək "Tofaş" markalı avtomobil ilə toqquşub.

Toqquşma nəticəsində VAZ-2115 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı Samur-Abşeron kanalının beton səddinə çırpılıb. Zərbənin təsirindən maşın kanalın kənarındakı torpaq yola aşıb. Maşında olan iki nəfər hadisə zamanı havada açılan qapıdan tullanaraq xilas olublar. Hər iki şəxs ciddi xəsarət almayıb.

Hadisənin anbaan görüntülərini təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.