Sumqayıt şəhərində güclü külək faciəyə səbəb olub. Hadisə zavod ərazisində baş verib.
TEREF "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ərazidə kərpic daşımaq üçün dayanmış yük maşınının üzərinə beton hasar aşıb. Nəticədə, sükan arxasında olan sürücü faciəli şəkildə həlak olub.
Həlak olan şəxsin Natiq Haqverdiyev olduğu müəyyən edilib. Məlumata görə, mərhum ailəli olub və 4 övladı var imiş. O, Xızı rayonunda kirayədə yaşayırmış və dolanışığını kərpic qırıntısı daşıyıb satmaqla təmin edirmiş.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Əraziyə mütəxəssislər cəlb olunublar, ekspertiza təyin edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: