Norveçin ən varlı şəxslərindən biri Polşada avtomobil qəzasında öldü

3-05-2025, 15:18           
Norveçin ən varlı şəxslərindən biri Polşada avtomobil qəzasında öldü
Norveçin ən varlı insanlarından biri olan Viqner Lindal Olaysen Polşada baş vermiş qəzada həlak olub. Onun avtomobili ağaca çırpılıb.

Oxu.Az RMF FM-ə istinadən xəbər verir ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Yüksək sürətlə hərəkət edən "Jaguar" markalı avtomobil Qora Kalvariya və Kolbel yaşayış məntəqələri arasında ağaca çırpılıb. Polşanın hüquq-mühafizə orqanları iki nəfərin həlak olduğunu bildirib, lakin onların adları açıqlanmayıb.

42 yaşlı Olaysen "Nova Sea" adlı qızılbalıq yetişdirilməsi və emalı şirkətinin həmtəsisçisi idi. 2025-ci ilin əvvəlində o, şirkətdəki payını Norveçin ən böyük qızılbalıq istehsalçısı "Mowi" konserninə satıb. Biznesmen bu müqavilədən təxminən 750 milyon dollar qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru