Şahzadə Harri məhkəməni uduzdu

3-05-2025, 16:28           
Şahzadə Harri məhkəməni uduzdu
Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri kral ailəsinin üzvü postunu tərk etdikdən sonra polis himayəsindən məhrum edilməsinə etiraz edib, lakin məhkəmədə uduzub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq iş üzrə qərarı İngiltərə və Uels Apellyasiya Məhkəməsi elan edib.

İndi Şahzadə Harrinin iddiasını qanuni şəkildə sübut etməyə çalışmasının yeganə yolu Ali Məhkəməyə müraciət etməkdir.

Xatırladaq ki, şahzadə Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin üzvü titulundan imtina ediblər. Onlar ABŞ-yə köçüb, Kaliforniya ştatının Santa Barbara şəhərində ev alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru