"Oksigen" klinikasında ayağından əməliyyat olunan 2 yaşlı uşaq öldü
27-10-2016, 20:11
Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub.
Bu dəfə Oksigen özəl klinikasının əməkdaşları ittiham edilir. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən bildiriblər. Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğılu ölüb.
Hələlik oğlanın ayağı əməliyyat olunduğu məlumdur. Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqlədilər və əlavə etdilər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər. Qeyd edək ki, Oksigen klinikası Odlar Yurdu universitetinin rektoru Əhməd Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb. (sputnik)
teref.az