Azərbaycanlı gənc inanılmaz fırıldağın üstünü açıb- VİDEO

28-10-2016, 00:23           
Azərbaycanlı gənc inanılmaz fırıldağın üstünü açıb- VİDEO
Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb. Emilin Bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.
“Dostumun həmyerlisi internetdə bir qızla tanış olub. Xanım pul qarşılığında oğlana intim münasibət təklif edib. Dostumun həmyerlisi xanıma zəng edib və görüş təyin ediblər. Xanım bildirib ki, Nizami metrostansiyası yaxınlığında görüşəcəyik. Nizami metrostansiyasına gələn zərərçəkən, xanımın təklifi ilə binalardan birinin zirzəmisində yerləşən kafelərdən birinə daxil olub. Onlar bir masada əyşəldikdən sonra ofsiant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra xanım masadan qalxıb və ofsiant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofsiant bildirib ki, xanım Şotland içkisi içib. Elə bu andan sonra oğlanın həmin kafedən çıxması mümkün olmur.” – Emil Əmiraslanov
Emilin dediyinə görə, masaya hesab gəldikdən sonra oradan çıxmaq mümkün olmur: “Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər. Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o gələcək bura.”
Emi Əmiraslanov Bizimyol.info-ya bildirib ki, o danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. O, başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyatı qurumlardan bu məsələ ilə bağlı maraqlanmasını xahiş edib.
Daha ətraflı videodan öyrənə bilərsiniz.
[media=https://www.youtube.com/watch?v=z0ZhXLDbKfA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.