Hacı İbrahim: "Gəlsin pulunu aparsın "
4-06-2015, 22:23
“Avesta Konserni” MMC-nin işçilərinə maaş verilməməsi barədə kütləvi infrmasiya vasitələrində məlumatlar yayılıb. ANS PRESS-in məlumatına görə, şirkətin keçmiş mühasibi Sabirə Sadıqova media vasitəsilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb. O, hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edib. Onun sözlərinə görə, işçilər 2015-ci ildən maaşlarını vaxtında ala bilmirlər.
Məsələ aydınlıq gətirmək üçün “Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli ilə əlaqə saxladıq. Sahibkar ANS PRESS-ə açıqlamasında bildirib ki, əslində həmin işçi məsələni şişirdir.
“Gərək öz dilindən danışsın. Şirkətdə 5 ildir işləyir. Bu vaxta qədər çörək qazanıb. Heç vaxt işçilərin pullarını gecikdirməmişəm. Sadəcə son vaxtlar baş verən hadisələrlə bağlı həmin mühasibin maaşı bir az gecikdirilib. Ona 1800 manat verilməlidir. Pulu artıq hazırdır. Şəxsən mənimlə əlaqə yarada bilərdi. Niyə mətbuata çıxıb, məsələni şişirdir bilmirəm. Gəlsin pulunu aparsın da”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.