35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

18-05-2025, 09:34           
35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
TEREF xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

***

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru