Avstraliyada oğlan keçmiş sevgilisini diri-diri basdırıb
Bu gün, 09:38

Avstraliyada tibb fakültəsinin hindəsilli 21 yaşlı tələbəsi Casmin Kaur keçmiş sevgilisi Tariqcot Sinqhin qurbanı olub.
Bu barədə actualnews.org məlumat yayıb.
Ayrılığı qəbul edə bilməyən gənc dəhşətli cinayət törədib - qızı diri-diri basdırıb.
Cütlük təhsil almaq üçün getdikləri Avstraliyada tanış olub. Onların münasibəti doqquz ay davam edib, lakin bu münasibət qız üçün dəhşətə çevrilib.
Belə ki, oğlan Casminin hər addımına nəzarət edir, patoloji qısqanclıq göstərir və ona normal yaşamağa imkan vermirdi. Casmin çoxsaylı təzyiqlərdən sonra onunla münasibətləri kəsmək qərarına gəlib.
2023-cü ilin fevralında, ayrılıqdan bir neçə gün sonra Sinqh keçmiş sevgilisini izləməyə başlayıb. Onu təqib edib, hədələyib və təhdidedici videolar göndərib. Polisin xəbərdarlığına baxmayaraq, cinayətkar dayanmayıb.
Martın 1-i axşam saatlarında qız işdən çıxarkən oğlan onu qaçırıb və dağlıq ərazidə diri-diri basdırıb.
Polis hadisə yerinə baxış keçirərkən Casminin əlləri və ayaqları bağlı vəziyyətdə meyitini aşkarlayıb. Ekspertiza ölümün boğulma nəticəsində baş verdiyini müəyyən edib.
Məhkəmə Sinqhi qəsdən adam öldürməkdə təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib.