ABŞ-də qasırğa nəticəsində 27 nəfər ölüb Bu gün, 09:36 ABŞ-nin mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar dağılıb.Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır. Facebook-da paylaş