Keçmiş nazir müavini böyük dələduzluqda ittiham edilərək həbs olunub

22-05-2025, 10:24           
Keçmiş nazir müavini böyük dələduzluqda ittiham edilərək həbs olunub
Rusiyada Ulyanovsk şəhərinin Leninski rayon məhkəməsi keçmiş Əmlak və Memarlıq Nazirliyi nazir müavini Aleksandr Tauşkini dələduzluqda ittiham edərək həbs qərarı verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, O, xüsusilə böyük məbləğdə ödənişlərin qanunsuz alınmasında təqsirləndirilir.

Rəsmilər Mayın 19-da regional FSB əməkdaşları tərəfindən Tauşkin saxlanılıb.

İstintaq məlumatına görə, o, müqavilə əsasında hərbi xidmətə cəlb edilən region sakinlərinə verilən ödənişlərin mənimsənilməsini təşkil edib. Tauşkin və onun tabeliyində olan şəxs Sosial İnkişaf Nazirliyinə 12 saxta hərbi çağırışçıdan ibarət siyahı təqdim ediblər. Bu saxtakarlığa görə vəzifəli şəxslərə 1,8 milyon rubl ödənilib, — "Kommersant" yazıb.

İstintaq müddətində Tauşkini həbsxanada saxlanacaq. O, öz günahını etiraf etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru