Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini - "Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi saxlayıb.
Virtualaz.org bildirir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb.
Qeyd edək ki, Mahmudov bandasının dağıdılmasından dərhal sonra “Akula Akif” Azərbaycandan İspaniyaya qaçmışdı
İspaniyanın Loret-de-Mar şəhərində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Akif Mustafayev saxlanılıb.
APA-nın İspaniyanın “lavanguardia.com” saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.
61 yaşlı Akif Mustafayevin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun "sağ əli" sayılırdı.