Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürüldü VİDEO/FOTO

22-05-2025, 11:20           
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürüldü VİDEO/FOTO
Vaşinqtonda İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşı öldürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, insident çərşənbə günü axşam yerli vaxtla 21:15 radələrində (cümə axşamı Bakı vaxtı ilə 05:15) baş verib.

Telekanalın məlumatına görə, İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib.

“CBS News” xəbər verir ki, səfirliyin daha bir neçə əməkdaşı da yaralanıb.
İsrail səfiri atışma baş verən yerdə olmayıb.

Digər tərəfdən, Vaşinqton polisi İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən Yəhudi Muzeyi qarşısında atışmada şübhəli bilinən şəxsi həbs etdiyini bildirib.

Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb.

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında Vaşinqtonda baş verən atışmanın antisemitizmdən qaynaqlandığıbı bildirib. ABŞ dövlət katibi Marko Rubio isə özünün “X” səhifəsində hadisənin antisemitizm zorakılığı aktı olduğunu qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru