Azərbaycanlı biznesmen öldürüldü

5-06-2015, 16:26           
Azərbaycanlı biznesmen öldürüldü
Ukraynanın Donetsk vilayətində bir azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, iş adamı, Ukrayna vətəndaşı, 42 yaşlı Talıb Tağıyevin avtomobili ötən həftənin sonunda Donetsk şəhərinin kənarında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan iki gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən naməlum avtomobildəki şəxs tərəfindən güllələnərək ağır yaralanıb. O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir, vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.