Sürücülərin DİQQƏTİNƏ: Sığortanız ola-ola cərimələnə bilərsiniz

2-11-2016, 15:48           

Noyabrın 1-dən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinə dair icbari sığorta müqaviləsi online, yəni kağızsız bağlanacaq.

Aktual.az bildirir ki, avtosfer.az bununla bağlı bəzi məqamları sürücülərin diqqətinə çatdırır. İlk növbədə bildirək ki, bu, çox yaxşı addımdır və sürücüləri bir çox problemlərdən uzaq tutacaq. Məsələn, sürücülərin sığortaya görə hansı sığorta şirkətinə üz tutub növbəyə durması, vaxt itirməsi, həmçinin, fırıldaqçı sığorta agentlərinin "toruna" düşməsi halları olmayacaq. Lakin bu yenilik ki, "Yol hərəkəti haqqında" Qanunun tələbləri ilə üst-üstə düşmür. Belə ki, hazırkı qanunun 37-ci maddəsində göstərilir ki, sürücülərin vəzifələrindən biri də avtomobilin icbari sığorta şəhadətnaməsini özündə saxlamalıdır. Yəni, bu o deməkdir ki, sürücü DYP əməkdaşı tərəfindən saxlanıldıqda inspektora təqdim edilməsi lazım olan sənədlər arasında sığorta şəhadətnaməsi də olmalıdır. Bu baxımdan, qanun yolda hərəkət edən sürücüdə kağızda sığorta şəhadətnaməsi olmasını tələb edir. Ona görə də qanuna dəyişiklik olunana qədər sürücülər elektron sığorta müqaviləsini bağladıqdan sonra onu kağızda da çap edib saxlamalıdırlar. Əks halda, yol polisi tərəfindən saxlanılan sürücü sığortası ola-ola 50 manat cərimə oluna bilər. Mümkündür ki, sürücü DYP əməkdaşından sistemdə avtomobilə aid sığortanın olub-olmamasını yoxlamağı məsləhət görsün. Lakin bu halda inspektorun bunu yoxlamaq öhdəliyi yoxdur. Yəni, bu, onun xidməti vəzifəsinə daxil olmayan bir işdir. Həm də, ola bilər ki, bəzi yerlərdə internet olmadığı üçün bunu elektron qaydada yoxlamaq mümkün olmasın. Ona görə də qanuna dəyişiklik edib sığorta şəhadətnaməsinin sürücüdə saxlanılması tələbini çıxarana qədər sürücülər həmin sənədi özlərində saxlamağa borcludurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.