“Facebook bağlansın” deməmişəm

6-06-2015, 07:11           
“Facebook bağlansın” deməmişəm
Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və bir qrup media qurumunun rəhbəri arasında görüş keçirilib. Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib. Amaşovun söylədiyi bir fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. MŞ-nın sədrinin facebook barədə söylədiyi fikirləri bəzi şəxslər Əflatun Amaşovun ölkədə facebook-u bağlamaq çağırışı kimi qələmə verib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Əflatun Amaşov facebook-un bağlanmasına qarşı olduğunu bildirib:
“Mən ölkəmizdə facebook-un bağlanması haqda heç bir fikir bildirməmişəm, əksinə bu tip müasir texnologiyaların inkişaf etməsinin hər zaman tərafdarı olmuşam. Mənim narazılığım ölkəmizin vətəndaşlarının şərəf və ləyaqətini alçaldan bir sıra səhifələrlə bağlıdır. Biz dəfələrlə Qərb ölkələrində insanların ləyaqətini alçaldan səhifələrin və profilərin bağlanması haqda informasiyalar almışıq. Mənim iradım ölkəmizdə vətəndaşları təhqir edən bu tip cəhidələrə qarşı olub.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.